Ana səhifə
Haqqımızda
Bizimlə əlaqə saxlayın
Kataloqlar
Təsisçi haqqında
Laico Group-un təsisçisi
Laico Group-un təsisçisi Mahmoud Zeinidir. . Mahmoud Zeini 1941-ci ildə Azərbaycanın Maraqa şəhərində anadan olmuşdur. O, 1970- ci ildə İran Milli Universitetində (hal-hazırda Shahid Beheshti Universiteti adlanır) İqtisadiyyat və Menecment üzrə magistr təhsili almışdır . Məzun olduqdan sonra o Energetika Nazirliyində (Tehran Regional Elektrik şirkəti) planlaşdırma və islahatlar üzrə ekspert işləməyə başladı. 4 illik fəaliyyətindən sonra, o, nüfuzlu və uğurlu işçi olmasına və Energetika Nazirliyinin direktorlarının təkidinə baxmayaraq işi tərk etməyə qərar verdi. O dərhal geyim şirkəti olan Doop-a başladı. Daha sonra o, öz biznesinə 1979 –cu ildə İran Laee şirkətini təsis etməklə başladı. 2003 –cü ildə Mahmoud Zeini Khoy Tekstil zavodunun səhmlərini aldı və özünü tam olaraq zavodun və İran sənaye tekstilinin inkişafına həsr etdi. İllərdir istehsal, sənaye və biznesdə olan təcrübəsi ilə o, hal-hazırda Laico Group-un (Iran Laee, Chaprang və Vivana mağazalar şəbəkəsi) direktoru və rəhbəridir. O, 4 dəfədən çox İran Tekstil Sənayesi Assosiyasiyasının idarə heyətinin üzvü seçilmişdir. O, Maliyyə Palatasının və digər ticarət birliklərinin üzvü kimi xüsusilə İran tekstil sənayesinə çox dəyərli xidmətlər etmişdir.
Əlaqə Məlumat
+98 21 2284 94 94
No.3 - 5th Negarestan
Pasdaran St. - Tehran
©2017 LAICO Co., All Right Reserved